Deputat dünya dini mərkəzlərini erməni kilsəsinin fəaliyyətini pisləməyə çağırdı

"Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Bütün dinlər insanları sülhə, birgəyaşayışa çağırır, amma Erməni kilsəsi bunu etmir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir: "Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir. Biz son hadisələrlə bağlı beynəlxalq dini təşkilatlardan da gözləyirik ki, erməni din xadiminin səfərini pisləsinlər. Bu kimi addımlar pislənmədiyi təqdirdə, qarşısı alınmadığı təqdirdə erməni tərəfi yeni revanşist addımlarla çıxış edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31