Sahibə Qafarova  Azərbaycan xalqını Qurtuluş Günü münasibəti ilə təbrik edib

Milli Məclisin yaz sessiyasının ikinci növbədənkənar iclası öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, iclasda MM sədri Sahibə Qafarova Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Bu iclasımız Azərbaycan Respublikasının tarixində dönüş yaratmış bayram ərəfəsində keçirilir". Sədr bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qaytarılması xalqımızı uçurumun bir addımlığından geri qaytardı: "Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 il işğaldan sonra ərazi bütövlüyümüz təmin edildi. Bu, Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan böyük coğrafiyada söz sahibi olan dövlətdir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31