Fulya Öztürk: "İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı"
10 İyun 2021 17:57 Sosial"İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı".
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist, "CNN türk" telekanalının müxbiri Fulya Öztürk bildirib.
Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: "Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31