Millət vəkili seçicilərinin problemlərini dinləyib
10 İyun 2021 15:37 SosialMilli Məclisin deputatı Jalə Əhmədova Salyanda növbəti dəfə seçicilərinin qəbulunu keçirib. "OLAYLAR" xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabından məlumat verib. Bildirib ki, fərdi qaydada qəbul etdiyi vətəndaşların problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin həllinə səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyimi bildirib: "Yerli icra orqanından asılı olan bəzi məsələlərin yerindəcə həllinə nail olsam da, digər məsələlərin aidiyyatı qurumlara yönləndirilməsi üçün seçicilərimdən mənə rəsmi müraciət yazmalarını xahiş etdim. Qəbula həmçinin təşəkkür üçün gələn seçicilərim də vardı. Problemlərini müsbət həll edə bildiyim seçicilərimə söylədikləri xoş sözlərə görə minnətdaram"..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31