İkinci doza vaksini vurdurmayan şəxslərin nəzərinə! - 56 gün möhlət verildi
10 İyun 2021 15:35 Sosial"Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır".
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.
O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir:
"Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31