Paşinyan Azərbaycana təşəkkür etdi
Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan erməni hərbçi qaytarıldığı üçün Azərbaycana təşəkkür edib.
10 İyun 2021 14:00 SosialErmənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan erməni hərbçi qaytarıldığı üçün Azərbaycana təşəkkür edib.
Olaylar.az "interfax"a istinadən xəbər verir ki, o, "Hərbçimiz Ermənistana qaytarılıb. Mən bu addımı çox müsbət qiymətləndirirəm. Bu addım regional və sərhəddə gərginliyin azaldılması yolu ilə getməyimiz üçün zəmin yaradır", - deyə bildirib.
Xatırladaq ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyanın Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığı araşdırıldıqdan sonra A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.