Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin nəzərinə - 2 gün qaldı
9 İyun 2021 16:14 SosialE-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.
Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31