Ərdoğan  azərbaycanlı deputatları qəbul edib

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycanlı deputatları qəbul edib. Məlumata görə, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna daxil olan deputatlar Əhliman Əmiraslanov, Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev bu gün Prezident Ərdoğanın qəbulunda olublar. Qəbulda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31