Reza Deqati:Videoda qarşımıza çıxan mina deyildi - Video
Bu gün sosial şəbəkələrdə məşhur fotojurnalist Reza Deqatinin minaya düşməsi barədə yayılan görüntülərdə olan təhlükə mina təhəlükəsi deyildi.
9 İyun 2021 15:32 SosialBu gün sosial şəbəkələrdə məşhur fotojurnalist Reza Deqatinin minaya düşməsi barədə yayılan görüntülərdə olan təhlükə mina təhəlükəsi deyildi.
Olaylar.az xəbər verir ki, bu barədə ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında fotojurnalistin özü deyib.
"40 ildir ayrı-ayrı müharibə zonalarında olmuşam deyə minalar hansı yerlərdə basdırılması barədə təcrübəm var. Ona görə 6 aydır Qarabağda çətinliklə də olsa, bu üsulla qalmışam. Həmin videodakı isə mina deyildi. Lakin erməni general da etiraf etdi ki, Kəlbəcər və Laçından çıxmamışdan əvvəl orada 17 yük maşını ilə mina basdırıblar. Səviyyəsizlər minaları elə yerlərdə basdırıblar ki, bəlkə də özləri də bilmir ki, onun xəritəsi var ya yox. Onları Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə vaxt istəyəndə minadılar. Onlar bu müddətdə ağacları kəsdilər, azərbaycanlıların evini yandırdılar və hər yerə mina basdırdılar. 15 gündür ki, Kəlbəcər, Cəbrayıl, Qubadlıda olurdum. Hər yerdə diqqətlə mina axtarışları aparılır və hər gün də mina tapılır. Əgər ermənilər mina xəritəsini verməsələr, torpaqların təmizlənməsi uzun müddət aparacaq".