Deputat: “Əlillik məsələsinə daha həssas yanaşama tələb olunur”

“Seçicilərimdən eşitdiyim şikayətlərin bir çoxu əlillik dərəcəsinin haqsız ləğvi, yaxud da düzgün müəyyənləşdirilməməsi, bununla bağlı üz tutduqları qurumlarda üzləşdikləri süründürməçilik və digər hallar haqda olur”. “

"Seçicilərimdən eşitdiyim şikayətlərin bir çoxu əlillik dərəcəsinin haqsız ləğvi, yaxud da düzgün müəyyənləşdirilməməsi, bununla bağlı üz tutduqları qurumlarda üzləşdikləri süründürməçilik və digər hallar haqda olur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  təəssüf ki, zaman-zaman saxta əllilik alanlar da olub və bəlkə indi  də var: "Demək, əlillikləri ləğv edilə bilər. Amma hazırda əlilliyi ləğv edilənlərin sayı o qədər çoxdur ki, bu, istər-istəməz onun ədalətli və obyektivliyilə bağlı suallar yaradır.  Və sual yaranır ki,  nə üçün eyni sürətlə də buna haqqı olanlar əlillik dərəcələri ala bilmirlər, bir sıra hallarda süründürməçiliklə üzləşirlər. Ümid edirəm ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilən düzəlişdən sonra dərəcələrin müəyyənləşdirlməsində üzləşdiyimiz problemlərin bir çoxu aradan qaldırlacaq. Amma burada əsaslı dönüşün baş verməsi üçün fikrimcə,  əlillərə və əlillik məsələsinə daha həssas  yanaşama tələb olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31