Polis və DSX əməkdaşları Zaqatalada silah-sursat tapdı

Zaqatala rayonunda silah-sursat aşkarlanıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisindən lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd qumbara, 6 ədəd qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka, 2 ədəd patron darağı və 20 ədəd patron tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31