16 mindən artıq şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələrii ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31