“CISCO” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.
9 İyun 2021 11:23 Sosial Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.
"OLAYLAR" xəbər verir ki, Ülvi Mehdiyev "CISCO" şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Eyni zamanda E-hökumət, eləcə də sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
Sonda qonağa ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.