Şəmkirdə bədbəxt hadisə - Torpaq altında qalanlar var
8 İyun 2021 20:24 SosialŞəmkirdə bədbəxt hadisə baş verib.
Hadisə rayonun Sərxan kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.
Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31