Azərbaycan əhalisi yaşlanır

Azərbaycanda əhalinin təbii artım sürətinin zəifləməsi müşahidə edilir. Təbii artımın zəifləməsi əhalinin yaşlanmasına səbəb olur.

Olaylar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə düşən təbii artım sürəti 2014-cü ildə 12,2, 2015-ci ildə 11,7, 2016-cı ildə 10,6 olduğu halda 2018-ci ildə 8,4-ə, 2020-ci ildə 5,1-ə geriləyib. 

Ümumilikdə, 2014-cü ildə 114,8 min olan təbii artım sayı 2020-ci ildə 51 min nəfərə düşüb. 

Təbii artımın zəifləməsinə təsir göstərən əsas amil doğumun azalmasıdır. 2014-cü ildə 170,5 min doğulan olsa da, bu göstərici 2018-ci ildə 139 minə, 2020-ci ildə 126,6 minə geriləyib. 

Demoqrafik vəziyyət əhalinin yaşlanmağa doğru getdiyini göstərir. Yaşı 60-dan yuxarı olan əhalinin ümumi əhali sayında payı 2019-cu ildə 11,5 faizdən 2020-ci ildəki 12,8 faizə yüksəlib. 

Cəmi 2 ildəki dəyişiklik əhalinin yaşlanmasını aydın müşahidə etməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31