Qazilərimiz daha iki güzəştdən faydalana biləcəklər

“Qarabağ qazilərimiz daha iki güzəştdən faydalana biləcəklər. Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında təqdim etdiyim “Dövlət Rüsumu haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur.

"Qarabağ qazilərimiz daha iki güzəştdən faydalana biləcəklər. Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında təqdim etdiyim "Dövlət Rüsumu haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur. Layihə parlamentdə birinci oxunuşda artıq qəbul olundu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu layihə Parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən hazırlanıb. Layihə fiskal xarakter daşımaqla yanaşı, sosial təşəbbüs kimi də qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31