AVRO-2020-nin Bakıdakı oyunlarına satılan bilet sayı açıqlandı

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, 4 oyun üçün 44 min bilet alınıb: "Bunlardan 6 mini İsveçrə - Uels, 18 mini Türkiyə - Uels, digər 20 mini isə Türkiyə - İsveçrə və 1/4 matçı üçün satılıb".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oyunlar müvafiq olaraq iyunun 12-də, iyunun 16-da, iyunun 20-də və iyulun 3-də gerçəkləşəcək. // Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31