Mustafa Cecəlini Bakıya dəvət edən restoran sahibi CƏRİMƏLƏNDİ - MƏBLƏĞ - VİDEO
Tanınmış türk müğənnisini Bakıya dəvət edən restoran sahibi cərimələnib.
8 İyun 2021 13:34 SosialDaxili İşlər Nazirliyi (DİN) "İstanbul Meyhane Bilgah" restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. DİN-in Mətbuat xidmətin "Olaylar"a bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb. Qeyd edilib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən "İstanbul Meyhane Bilgah" restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub: "Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib.