Deputat “kitab oğruları”nı müdafiə etdi

Deputat "Ali və Nino" kitab mağazasından oğurluq edən gənclərə görə mağaza rəhbərliyini ittiham edib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Kamal Cəfərov kitab oğurluğuna görə gündəmə gələn gəncləri müdafiə edib: "Həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışdı. Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN-dən çox olmadıqda bu cinayət əməli olunmur. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oxuyanlar da oğru olmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31