Spiker Şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında iyunun 4-də öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə həlak olan jurnalistlərin ailələrinə başsağlığı verib.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında iyunun 4-də öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə həlak olan jurnalistlərin ailələrinə başsağlığı verib. "Olaylar"ın məlumatına görə, sədr xatırladıb ki, Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən 2 jurnalist və bir icra nümayəndəsinin müavini minaya düşərək həlak olub: "Bu hadisə bizi çox kədərləndirdi. Bununla bağlı Milli Məclis həlak olanların ailələrinə başsağlığı verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31