Hər evdə olan BU DƏRMAN ölümə SƏBƏB OLA BİLƏR
Ürəkdə narahatlıq zamanı, "Karvalol" dərmanının istifadəsi, sedativ təsirlərə görə ciddi nəticələrə səbəb ola bilər.
8 İyun 2021 11:25 SosialÜrəkdə narahatlıq zamanı, "Karvalol" dərmanının istifadəsi, sedativ təsirlərə görə ciddi nəticələrə səbəb ola bilər.
Olaylar.az xəbər verir ki, bu sözləri tanınmış həkim və teleaparıcı Alexander Myasnikov "Rusiya 1" telekanalının efirində deyib .

Onun sözlərinə görə, tez-tez ürək problemləri olan "emosional olaraq qeyri-sabit" xəstələr "Karvalol" qəbul edirlər. Bu preparatın həqiqətən kömək etməsinə səbəb tərkibində güclü hipnotik olan fenobarbital və spirtin kordinasiyada olmasıdır.
"Məsələ ondadır ki, ürəkdə hər hansı bir ciddi xəstəlik baş verdiyi halda "Karvalol" qəbul edilərsə bu ciddi problemlərə səbəb ola bilər. Çünki adı çəkilən preparatın qəbulu aldadıcı olmaqla bərabər yalnız bir neçə saatlıq təsir etmək qabiliyyətinə malikdir.

Fenobarbital beyinin bütün funksiyalarını ləngidir. Bu həmçinin həyati vacib funksiyalara (nəfəsalma funksiyası, ürəyin fəaliyyəti) da aiddir və bu da olduqca təhlükəlidir ki, dozanın artırılması və ya preparatın nəzarətsiz uzun müddət ərzində qəbulu nəticəsində insanda hətta ürəyin dayanması mümkündür. Bu xüsusilə yaşlı insanlara aiddir və həkimlər hər il belə hadisələri qeyd edir".
Qeyd edək ki, Amerikada və Qərbi Avropa ölkələrində satışı qadağan edilən bu dərman preparatını, respublikamızın apteklərində rahatlıqda əldə etmək mümkündür. Eyni zamanda korvalolun ürək-damar xəstəliklərinə faydalı olduğunu göstərən heç bir elmi araşdırma və ya tədqiqat hələ ki, məlum deyil. metbuat.az