Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, mayın 31-dən iyunun 6-dək TərtərAğdamFüzuliŞuşaQubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 590 892 m² (159 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31