DİN Kəlbəcərdəki bu görüntülərə aydınlıq gətirdi - Video
7 İyun 2021 15:03 SosialDaxili İşlər Nazirliyi sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülərə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansında, bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur olduğunu bildirib. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib.