Professor: "Mövcud vaksinlərin içərisində ən öndə gedən vaksin məhz “Pfizer”dir"

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer" vaksininin tətbiqinə başlanılıb. Ölkədə həmçinin "Sinovac", "AstraZeneca" və "Sputnik V" vaksinləri də tətbiq edilir.

Bəs görəsən artıq tətbiqinə start verilən "Pfizer" peyvəndinin effektivlik göstəricisi necədir?

Tibbi ekspert, professor Adil Qeybulla verdiyi açıqlamada "Pfizer"in digər vaksinlərdən daha üstün hesab edildiyini bildirib:

"Pfizer" texnologiyanın çox müasir üsulları ilə hazırlanan, modifikasiya olunmuş vaksindir. Mövcud vaksinlərin içərisində ən öndə gedən, klinik praktikada ən çox tətbiq edilən vaksin məhz "Pfizer"dir. Keçən ilin 21 dekabrında Avropa Dərman Maddələri Agentliyi, dekabrın 31-də isə Dünya Səhiyyə Təşkilatının reysterinə daxil edilmişdir. "Pfizer" vaksininin effektivlik dərəcəsə 90 faizdən artıqdır. Bir çox ölkələrdə məhz "Pfizer" vaksini 16 yaşlılara da tətbiq edilir. 



Azərbaycanda da bu proses həyata keçirilə bilərmi sualına professor belə cavab verib:

"Vaksinin uşaqlarda, hamilə qadınlarda, immun sistemi zəif olan şəxslərdə tətbiqi ilə bağlı hələ dəqiq nəticələr əldə edilməyib. Həmçinin vaksinin davamlılığı, yəni orqanizmin qəbulundan sonra nə qədər davam etməsi ilə bağlı da dəqiq məlumatlar yoxdur. Lakin "Pfizer" digər vaksinlərlə müqayisədə daha təhlükəsiz vaksin hesab edilir". demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31