Deputat şəhid ailələri və qazilər üçün pulsuz hüquqi yardım təşkil edib

Deputat şəhid ailələri və qazilər üçün pulsuz hüquqi yardım təşkil edib

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün "Pulsuz hüquqi yardım" layihəsi təşkil edilib. "Olaylar" xəbər verir ki, görüşdə 58 qazinin 62 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Şəhid ailələri və qazilərimizin ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir. Şəhid ailələri və qazilərimiz üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən "Pro Bono" vəkil bürosunun rəhbəri Şahmar Məmmədova, o cümlədən Sabirabad rayonuna ezam edilmiş vəkillər Fuad Şirinov, Araz Həsənov, Faiq Dünyamalıyev, Pərviz Musayev və Mehman İsmayılova təşəkkür edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31