Ağdamda narkotik plantasiyası aşkarlandı
Ağdam rayonunun işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib.
7 İyun 2021 11:24 SosialAğdam rayonunun işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31