"Xüsusi qaydalara əməl etməklə toylar olmalıdır"
6 İyun 2021 18:56 Sosial"Tezliklə bizi gözləyəcək yeni yumşaldılmaların sırasında mütləq qaydada xüsusi qaydalara əməl etməklə toylar olmalıdır".
Bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.
"Çimərliklər və ictimai nəqliyyatla bağlı qaydalar artıq icra olunmaq mərhələsindədir. Bu gün yoluxmanın azalması peyvənd proqramı hesabınadır.
Yeni ştamları və onun arxasındakı çətinlikləri nəzərə alaraq, addım-addım yumşaldılmalara gediləcək. Lakin qapalı mühitdə maskaların taxılması mütləqdir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31