Türk birliyinin qurulmasına çalışan təşkilat 16 yaşında

"Daha güclü ittifaqa nail olmalıyıq" Bu gün Azərbaycanın ən təcrübəli qeyri-hökumət təşkilatlarından olan Müasir İnlişaf İctimai Birliyi üçün özəl gündür. Birliyinin yaranmasından 16 il ötür. Əsası 2005-ci ildə qoyulmuş təşkilatın sədri tanınmış jurnalist, siyasi şərhçi Mübariz Göyüşlüdür. İlk adı Türk İslam Dünyası İctimai Birliyi olan təşkilatın əsas məqsədi türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi, Turan birliyinin yaranması istiqamətində fəaliyyət olub. Müasir İnlişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü deyib ki, bu günə qədər türk birliyinin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, təşkilatın nümayəndələri bir sıra beynəlxalq konsfranslarda iştirak edib. "16 il bundan əvvəl təsis olunub. Müasir İnlişaf İctimai Birliyi fəaliyyətinin ilk dönəmində Azərbaycan bayrağında əks olunan ideoloji prinsipləri əsas götürüb. Türk islam birliyini əsas götürmüşük. 9 ay Türk İslam Dünyası İctimai Birliyi kimi fəaliyyət göstərmişik. Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndə təşkilat Müasir İnkişaf İctimai Birliyi adlandırıldı. Amma fəaliyyət istiqamətimiz dəyişmədi. Bu 16 il ərzində azərbaycançılıqla, türk birliyinin təbliği ilə bağlı çoxsaylı konfranslar, diskussiyalar keçirmişik". Əsas məqsədin daha türk birliyinin qurulması olduğunu vurğulayan Mübariz Göyüşlü deyib ki, bu istiqamətdə uğurlara nail olunub: "Türk birliyinin yaranması istiqamətində önəmli addımlar atılıb. 2009-cu ildə Türk Konseyi təsis edildi. Bu, türk birliyinə çalışan insanların, təşkilatların böyük uğurudur. Sevinirik ki, bunda bizim də payımız var. Hesab edirəm ki, türk birliyinin güclənməsi istiqamətində görüləsi işlər çoxdur. Daha güclü, daha mütəşəkkil türk birliyinə nail olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31