"Formula 2": Sprint yarışında 4 qəza

"Formula 2" üzrə Azərbaycan Qran-prisindəki sprint yarışında ilk qəzalar baş verib.

Olaylar.az-ın məlumatına görə, ilk olaraq "Hitech Grand Prix" komandasından Liam Lousonun bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.

Ardınca daha 3 sürücü qəza törədib. "HWA Racelab"ın pilotları Cek Aytken, Alessio Deledda "Prema Racing"dən isə Oskar Piastri ikinci döngədə eyni halla üzləşib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31