Şəhid operator Sirac Abışovla vida mərasimi keçirilib - FOTOLAR

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31