Qənirə Paşayeva bir qrup rəssamla görüşüb
4 İyun 2021 22:28 SosialMilli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış xalçaçı rəssam Taryer Bəşirovla, yeni nəsil rəssamları Nizar və Cəsar Məmmədov qardaşları ilə Mədəniyyət Komitəsində görüşüb. Görüşdə incəsənətin rəssamlıq qolu, bu sahədə mövcud durum, uğurlar, həlli vacib problemlər, rəssamların özlərinin yeni yaradıcılıq planları ətrafında fikir mübadiləsi aparılıb.
Q.Paşayeva rəssamların Azərbaycan həqiqətlərinin dünyaya sənətin zərif gücü ilə yayılması yönündə öz töhfələri ilə çıxış edəcəyinə inamını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31