Azərbaycanda 3-cü sinif şagirdini maşın vurub...
4 İyun 2021 15:45 SosialZaqatalada məktəblini maşın vurub.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Aşağı Tala kənd avtomobil yolunda, Aşağı Tala 1 Saylı tam orta məktəbin qarşısında baş verib.
10 yaşlı Aşağı Tala kənd sakini, Cuma İlkin oğlu Şabanov Zaqatala-Aşağı Tala marşitu ilə işləyən mikroavtobusdan düşüb məktəbə getmək istəyən zaman, Zaqatala rayon sakini Kamran Ramazanovun idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi C. Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31