Qeydiyyatda olmayan xəstələrə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ
4 İyun 2021 14:37 Sosial"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər".
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.
"COVID-19 pasportu" yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, "COVID-19 sertifikatı" isə peyvənd vurduran şəxslərə verilir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31