İlk dəfə koronavirusun laboratoriyadan yayıldığını söyləyən alim ölümlə təhdid edilir

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzlərinin (CDC) keçmiş direktoru Robert Redfild yeni növ koronavirus (COVID-19) epidemiyasının laboratoriyada yarandığı iddialarını dilə gətirdiyinə görə ölüm təhdidləri aldığını açıqlayıb.

Olaylar.az xəbər verir ki, Robert Redfild ABŞ-ın "Vanity Fair" nəşrinə verdiyi açıqlamada COVID-19 epidemiyası ilə bağlı müsahibə verib.

Robert Redfild virusun laboratoriyadan yayılmasını dilə gətirdikdən sonra elm adamlarından sərt reaksiyalar gördüyünü, hətta ölümlə təhdid edildiyini bildirib:

"Ölüm təhdidləri aldım, başqa bir fərziyyə irəli sürdüyüm üçün təcrid edildim. Bunu elm adamlarından yox, siyasətçilərdən gözləyirdim".

Robert Redfild laboratoriyada araşdırılan patogenlərin laboratoriya işçilərinə ötürülməsinin nadir görülən hal olmadığını, virusun Çindəki laboratoriyalardan birindən yayıldığına dair aşkar bir dəlil olmasa da, fikrinin bu istiqamətdə olduğunu bildirmişdi. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31