Deputat: “Ölkədə elektrik doldurma stansiyalarının sayı artırılmalıdır”

“Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxmasıyla bağlı müxtəlif şərhlərə rast gəlirəm. Onların arasında nəlbəkidə fırtına yaratmaq cəhdlərinin yer aldığı statuslar da var, bu bahalaşmanın təsir və səbəbi düzgün açıqlananlar da.

"Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxmasıyla bağlı müxtəlif şərhlərə rast gəlirəm. Onların arasında nəlbəkidə fırtına yaratmaq cəhdlərinin yer aldığı statuslar da var, bu bahalaşmanın təsir və səbəbi düzgün açıqlananlar da.  Bir çox şərhlərdə vurğulandığı kimi həqiqətən də 95 və 98 oktanlı benzinləri biz istehsal etmirik, satın alırıq. Dünya bazarında hər iki markadan olan benzinin qiyməti qalxdığından bizdə də qalxıb.  Və ölkəmizdə yüksəkoktanlı benzinə tələbat cəmi 5 faiz olduğundan, yəni  o cür yanacaq  daha çox  bahalı maşınlar üçün nəzərdə tutulduğundan  bu qiymət artımını nə iqtisadiyyat, nə də əhalinin əksər hissəsi öz üzərində hiss edəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  gələn ildən Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalına başlanacaq ki, bununla da indi baş verən qiymət artımına bənzər hallardan bir növ sığortalanacağıq: "Amma məncə, biz artıq yüksəkoktanlı benzinin istehsalından daha çox, Azərbaycanda elektrik enerjisi generasiyasının artmasına, infrastrukturunun təkmilləşdirilməsinə  diqqət etməliyik.  Elə bu gün Prezident İlham Əliyevin açılışını etdiyi  "Binəqədi" yarımstansiyası göstərir ki, edirk də. Ölkədə elektrik doldurma stansiyalarının da sayı artırılmalı və coğrafiyası genişləndirilməlidir. Düzdür, buna hələ elə də böyük ehtiyac duyulmur, cünki Azərbacan elektriklə işləyən avtomobillər həddən artıq azdır və tezliklə  artması meyli də hiss edilmir.  Baxın, Avropa Avtomobil İstehsalçıları Assosasiyası (ACEA)nın araşdırmasına görə bu ilin birinci rübündə orada ötən ilin uyğun dövrüylə tutuşdurduqda 0,9% çox avtomobil satılıb ki, onların da 14,7 faizi elektriklə işləyən, yaxud da hibrid mühərriklidirlər. Bu növdən olan avtomobillərin satışında nə az, nə çox, düz 97,1% artım var.  Azərbaycana gəldikdə isə cari ilin ilk dörd ayında  ölkəyə 23854 avtomobil gətirilib ki, o da ötən ilin eyni dövrüylə müqayisədə 38,7% çoxdur.  Amma gətirilən avtomobillərin  cəmisi 24-ü elektriklə işləyir, 2 min 805-i isə hibrid mühərriklidir.  Göründüyü kimi aparıcı ölkələrdə elektriklə işləyən avtomobillərə böyük üstünlük verildiyi halda bizdə yanaşma, yumşaq desək, fərqlidir. Bilirsiniz Noreveçdə hazırda elektriklə işləyən  avtomolillərin sayı nə qədərdir?  Onlar artıq ölkənin avtomobil parkının hardasa 40%-ini təşkil edirlər və cəmi dörd ildən sonra orada bu göstərici 100% -ə çatacaq.  Aydındr ki, Norveç elə də böyük ölkə deyil, amma dünyada  satılan avtomobillərin az qala üçdən biri Çinin payında düşür ki, orada da  2025-ci ildə elektriklə işləyənlər bazarın 25%-ni təşkil edəcək. Bir sözlə, elektromobillərə  keçid qaçılmaz bir prosesdir və biz bu keçidi nə qədər mümkündürsə, bir o qədər tez reallaşdırmalıyıq. Onun üçün də elektromobillər alınarkən  Noveçdəki kimi verginin hər iki növündən  azad edilməli, pulsuz dayanacaqlar və sair güzəştlər nəzərdə tutulmalıdır. Eyni zamanda ona da hazır olmalıyıq ki, bu, dünya bazarında neftə  təlabata da təsirsiz ötüşməyəcək. Çünki son illərədək  istehsal olunan neftin 44%-ini benzin və dizellə işləyən avtomobillər sərf edirdilər. Ancaq bu rəqəm artıq durmadan azalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31