Bakıda məşhur restoran bağlanıb - FOTOLAR
4 İyun 2021 12:29 Sosialİyunun 2-də Bakıdakı "Qış parkı"nda yerləşən "50 qəpik - yemək bazarı" restoranı bağlanıb.
Olaylar.az Report-a istinadən xəbər verir ki, restoranın inzibatçısı bağlanmanı "dezinfeksiya işlərinin aparılması" ilə izah etməyə çalışsa da, əsl səbəbi deməyib. Restoranın icarədarla obyekt sahibi arasında olan mübahisəyə görə bağlandığı da iddia olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, obyektin bağlanmasının vergi orqanlarına hər hansı aidiyyatı yoxdur.
Qeyd edək ki, Bakıda "50 qəpik" brendi altında tanınan şəbəkəyə aid bir sıra restoranlar fəaliyyət göstərir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31