Bakıdakı "Formula 2" yarışında xoşagəlməz qəza
4 İyun 2021 11:31 SosialBakıda keçirilən "Formula-2" üzrə yarışda ilk qəza baş verib. "Olaylar" xəbər verir ki, birinci sərbəst yürüş zamanı "Trident" komandasının pilotu Marina Sato 15-ci döngədə səddə dəyərək idarəetməni itirib. Nəticədə bolidinin təkəri sıradan çıxıb və pilot yarışı dayandırıb. Bu hadisənin ardınca "MP Motorsport" komandasının pilotu Lirim Zendeli 3-cü döngədə idarəetməni itirib. Belə ki, onun bolidində yaranmış problem pilotun çıxışı dayandırmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31