Himalay Məmişov Vladimir Gjorgjievlə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjievlə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjievlə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə sosial təminat sahəsində DSMF ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması müzakirə olunub. H.Məmişov son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və bu sahədə  prioritet hədəflər barədə məlumat verib. V.Gjorgjiev təmsil etdiyi təşkilatın vəzifə və funksiyaları, regionda həyata keçirdikləri layihələrdən bəhs edib.  Azərbaycanda aztəminatlı ailələrin dəstəklənməsi işində Fondla birgə tərəfdaşlıq etmək niyyətlərinin olduğunu bildirib. Bu məqsədlə iki qurum arasında əməkdaşlıq üçün Niyyət Protokolunun imzalanması məsələsinə toxunulub.Görüşdə  gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31