Zaur Məmmədov: “Ölkəmizin mötəbər yarışlara ev sahibliyi etməyi dünyadakı nüfuzunun göstəricisidir”

Bu gün Bakıda 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışına start verilir. Bir neçə gün ərzində milyonlarla insan öz ekranlarında Bakımızın gözəlliyinə tamaşa edəcək.

Bu gün Bakıda 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışına start verilir. Bir neçə gün ərzində milyonlarla insan öz ekranlarında Bakımızın gözəlliyinə tamaşa edəcək. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov bildirib ki, ölkəmizin mötəbər yarışlara ev sahibliyi etməyi dünyadakı nüfuzunun göstəricisidir: "F1 yarışına artıq start verilib. Bir qədər sonra Bakıda digər qlobal idman tədbiri keçiriləcək. 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun məhz Azərbaycanda keçirilməsi bizə olan inam və etibarın göstəricisidir.  F 1 , Avropa çempionatının 4 oyunu - milyardlarla insanın diqqətini Bakıya yönəldəcək.  Deməli, bu yarışlar bizə Qarabağ, siyasət, turizm və bir çox sahələrdə dividendlər verəcək. F 1 yarışları həm də gələcək aylarda və illərdə ölkəmizin turizm potensialına müsbət təsir edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31