"Nizami Gəncəvi - 880" ili çərçivəsində rəsm müsabiqəsi başa çatıb

"Nizami Gəncəvi - 880" ili çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsinin final mərhələsi keçirilib.

"Nizami Gəncəvi - 880" ili çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsinin final mərhələsi keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Pərvin Kərimzadənin sözlərinə görə, tədbirdə deputatlardan Naqif Həmzəyev, Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Regional Mədəniyyət İdərəsinin rəisi Vasif Cənnətov və Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Sevinc Ələkbərova iştirak ediblər. 22 istedadlı yeniyetmə və gəncin qatıldığı "Nizami Gəncəvinin yaradıçılığı rəssamların gözü ilə" adlı rəsm müsabiqəsində qalib olmuş iştirakçılar diplom və qiymətli hədiyyələrlə, digərləri iştirakçılar isə təşəkkürnamələr ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31