Azərbaycanda ağır qəza - 5 nəfər yaralanıb

Gənəcədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gənəcədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. "Chevrolet" markalı avtomobillə "VAZ-2106" markalı avotomobil toqquşub. Nəticədə "Chevrolet" markalı avtomobildə olan sərnişinlər xəsarət alıblar. Həmin şəxslər bunlardır: Həsənova Tinatin İbrahim qızı, Səmədova Humay Teymur qızı (1962), Əliquzuyeva Ulduz Dilən qızı (1982) və avtomobilin sürücüsü Əhməd adlı şəxs. Qəza zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Qoçuyev Bəhruz Xanoğlan oğlu da müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Gəncə şəhərindəki bir neçə xəstəxanaya yeləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31