Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək
Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.
2 İyun 2021 14:18 SosialMüntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.
Bu barədə Olaylar.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirb.
Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS- terminallar quraşdırılıb:
- Səfəvilər küçəsi 70;
- Gülüstan küçəsi 47A;
- Sabunçu qəs-Şəhər şosesi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31