Daha bir şəhid övladı sevindi
“Hərəyə bir şəhid övladı sevindirək” layihəsi çərçivəsində şəhid Mehman Şirvanovun qızının istək və arzuları gerçəkləşdirilib. Şəhid qızının elektriklə hərəkət edən avtomobil və musiqili mikrafon istədiyi reallaşdırılıb.
2 İyun 2021 13:10 Sosial"Hərəyə bir şəhid övladı sevindirək" layihəsi çərçivəsində şəhid Mehman Şirvanovun qızının istək və arzuları gerçəkləşdirilib. Şəhid qızının elektriklə hərəkət edən avtomobil və musiqili mikrafon istədiyi reallaşdırılıb. "Olaylar" xəbər verir ki, şəhid Şirvanov Mehman Mirəziz oğlu 1980-çı ildə Lənkəran şəhərinin Urge kəndində anadan olub. 1997-çi ildə doğulduğu kənddə tam orta məktəbini bitirib.1998-çi ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə daxil olub. 2002-çi ildə Bakıda N saylı hərbi hissədə xidmətə başlayıb. Mehman Naxçıvan Muxtar Respublikasının müxtəlif hərbi hissələrində xidmətini davam etdirib. 2016-çı ildə Yevlax rayonundakı N saylı hərbi hissəsinə təyinat alıb. 2016-çı il aprel döyüşlərində fəal iştirak edib, Tapqaraqoyunluda döyüşüb. 2019-cu ildə Goranboy rayonunun Gülüstan postuna tabor komandiri vəzifəsinə təyin olunub. 2020-çi il sentyabrın 27-si Vətən müharibəsi başlayanda Murov yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasina şəhid olub. Murov dağın ən yüksək zirvəsi olan Gülüstan zirvəsinin fəthi Mehman Şirvanovun adı ilə bağlıdı. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabaq ordeni və Vətən uğrunda medalı ilə təltif olunub. 23 il xidmət etdiyi dövrdə 1-çi, 2-ci vbə 3-çü dərəcəli qüsursuz xidmət medalları və Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi medalları ilə təltif olunub və bir neçə dəfə hərbi komandanlıq tərəfindən Fəxri Fərmanlara layiq görülüb.
Allah rəhmət eləsin.