Tövlədə saxlanılan ahıl qadının kimliyi MƏLUM OLDU - YENİLƏNİB (VİDEO)
Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb və həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyə edilib.
2 İyun 2021 12:08 SosialSosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb və həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyə edilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.
"Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib
***
11:18
Gədəbəydə 85 yaşlı qadının zorla tövlədə saxlanılmasına dair görüntülər yayılıb. Yayılan görüntülərdə iddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayıb tövlədə saxlayıblar.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirilib ki, artıq məsələ nəzarətə götürülüb:
"Faktla bağlı araşdırma aparılır".
unikal.org