Açıq havada toylara bu şərtlə icazə verilə bilər - AÇIQLAMA
"Kütləvi tədbirlərin yavaş-yavaş işə düşməsinə, xüsusilə adət-ənənədən irəli gələn toy və yas məclislərinə müəyyən formatda və karantin qaydalarını gözləməklə icazə verilə bilər".
2 İyun 2021 10:50 Sosial"Kütləvi tədbirlərin yavaş-yavaş işə düşməsinə, xüsusilə adət-ənənədən irəli gələn toy və yas məclislərinə müəyyən formatda və karantin qaydalarını gözləməklə icazə verilə bilər".
Olaylar.az xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, 75-100 nəfər civarında, açıq havada, karantin davranışlarını gözləmək şərtilə toy məclislərinin keçirilməsinə icazə verilməsi yaxşı olardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31