Abşeronda DƏHŞƏT! Kişi özünü 14-cü mərtəbədən atdı
Abşeronda intihar hadisəsi baş verib.
2 İyun 2021 09:57 SosialAbşeronda intihar hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.
Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31