"Elə bilirdim sağalmayacam" - Mətanət İsgəndərli
2 İyun 2021 09:56 SosialKoronavirusdan sağalan Əməkdar artist Mətanət İsgəndərli xəstəliyindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni ağır günlər keçirdiyini bildirib:
"Ağır xəstəlikdən sonra birinci toyumdur. İnana bilmirəm, hələ də şokdan çıxmamışam. Elə bilirdim sağalmayacam. Elə bir xəstəlikdir ki, insan sağalacağına inanmır".
Qeyd edək ki, M.İsgəndərli toy məclislərinin birində koronavirusa yoluxmuşdu. Vəziyyəti ağır olan sənətçi reanimasiyaya yerləşdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31