Tanınmış teleaparıcı vəfat etdi

Azərbaycanlı tanınmış teleaparıcı Şamil Familli vəfat edib. 

ARB telekanalında çalışan teleaparıcı dünən dünyasını dəyişib.  

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. 

Qeyd edək ki, Ş.Familli 1990-cı illərdə televiziya məkanlarında ən öndə olan simalardan biri kimi fəaliyyət göstərib. Aparıcı bir müddət əvvəl ARB TV-də yayımlanan "Bazar düzü" verilişinin aparıcısı olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31