Qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub

İyunun 1-də Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Olaylar xəbər verir ki, "Xaçmaz KOB evi"nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir. Sərgidə Xaçmaz rayonundan olan 10-na yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31