SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - KƏSKİN ARTDI, BU GÜN...
1 İyun 2021 20:05 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9649, ötən müddət ərzində isə ümumilikdə 3523638 test aparılıb.
Qeyd edək ki, dünən 92 yoluxma qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31